Ruzi Allahdandı, yetirər çörək...

6 Avqust 2020 21:20 Maraqlı 1 020
Ruzi Allahdandı, yetirər çörək...

AFFA-nın press-ateşesi Firuz Abdulla karantin rejiminə özünəməxsus şəkildə reaksiya bildirib.

Sportinfo.az xəbər verir ki, federasiyanın sözçüsü bununla bağlı sosial şəbəkədə yarazarafat-yarıciddi status paylaşıb.

Onu təqdim edirik:
...sizə bir karantin düzəldim gərək
Bakıda sərt olsun , Şəkidə kövrək .
Bu gündən ləğv olsun daha sms
Yoxsa sonumuza çıxar stress .
...dənizə dəyməyim, qoy dəniz olsun
Növbəsi onlayn çox qəliz olsun.
Uçmasın təyyarə , getməsin qatar ...
Dinməsin xanəndə , lal olsun gitar ...
Bakıdan rayona bir yol olmasın
İdman məlul qalsın, futbol olmasın ...
...Özümə karantin düzəldim gərək
Ruzi Allahdandı, yetirər çörək...

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!