Azərbaycan futbolunda bu cür QALMAQALLAR baş versəydi…

5 Avqust 2020 18:48 Maraqlı 855
Azərbaycan futbolunda bu cür QALMAQALLAR baş versəydi…

Rumıniyada çempionluğun taleyi həll olundu.

«CFR Kluj» səfərdə «U Krayova»nı 3:1 hesabı ilə məğlub edərək, birinci yerə sahib oldu.

Bu oyundan öncə federasiya bir neçə qərarlar qəbul etmişdi:

1. Əgər hesab heç-heçə olarsa, o zaman overtaym oynanılsın (2x15 dəq və penalti). Bəxtdən hər şey 90 dəqiqədə həll olundu.

2. «Astra»ya görə keçirilməyən oyunlar daha sonra baş tutsun (2 oyun).

Sual çıxır: axı niyə?

Çünki «Astra» FCSB (keçmiş «Styaua») ilə matçda 3-cü yer uğrunda oynayacaq. Əsas məsələ TV yayımdan gələn puldur - 500000 avro. Bəli, yarım milyon. Üst yerləri tutan komandalar daha çox pul alırlar.

Bürünc titulu onları ciddi maraqlandırmır. Hazırda isə «Astra» 3-cü yerdədir və avrokuboklarda iştirak edə bilməz. Maliyyə sıxıntısı onlara avrokubok lisenziyasını almağa mane oldu.

Pleyaut
Burada 8 komanda mübarizə aparır və «Dinamo»nun 5 oyunu qalmaqdadır. Matçlar koronavirusa görə («Dinamo»da 20-dən çox oyunçu xəstə idi) təxirə salınmışdı. Komanda axırıncı yerdədir və Liqa 2-nin astanasındadır.

Sözsüz ki, əgər qalan 5 oyunu oynasa, hər şey düzələ bilər. Gəl ki, 6 komanda etiraz edir. 4-5 gün davam edən bu etirazların nəticəsi artıq çıxıb: heç bir oyun baş tutmayacaq. Hər qalıq oyuna görə müvafiq komandalara 1 xal veriləcək. Bundan sonra «Dinamo»nun Liqa 1-də qalmaq şansı minimallaşır.

«Dinamo» federasyianı məhkəmə ilə hədələyir. Amma çətin ki, bundan nəsə çıxsın. Çünki qərar səsvermə yolu ilə qüvvəyə minib.

Bizdə belə hal olsa idi, çox güman ki, futbola maraq 100 dəfə artardı. Hər gün bir qərar - bir münaqişə. Elə bil, hər gün Nacı Şensoyla Anatoli Konkov qırışır. Emosiyalar ən üst zirvədədir. Söyüşün biri 1 qəpikdən.

Abbas Zahidi

Digər Xəbərlər
Xəbər Lenti