Tanınmış futbolçu arvadını başqa kişi ilə yaxaladı - FOTOLAR

3 Avqust 2020 01:10 Maraqlı 2 510
Tanınmış futbolçu arvadını başqa kişi ilə yaxaladı - FOTOLAR

"Atalanta"nın aparıcı üzvü olan Yosip İliçiç komandasının Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəyi matçda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb sloveniyalı oyunçunun depressiyaya düşməsidir.

O, komandanın hazırlığında iştirak etmir. "Sky Italia" iddia edir ki, 32 yaşlı hücumçu həyat yoldaşına sürpriz etmək üçün Sloveniya yollanıb, ancaq o, arvadını başqa kişi ilə yaxalayıb.

Həssas insan olduğu qeyd edilən futbolçunun xəyanətdən sonra özünü pis hiss etdiyi və hətta karyerasını bitirməyə qərar verdiyi vurğulanıb.

Digər iddialara əsasən, futbolçu koronavirus pandemiyası zamanı Berqamoda çoxlu insan ölümü xəbərini eşitməsinə görə depressiyaya düşüb.

O, 1 yaşı tamam olmayanda Bosniyadakı soyqırımda atasını itirib. Psixoloji travma ilə böyüyən futbolçunun övladlarına baş çəkmək üçün Sloveniyaya qayıtdığı söylənilir.

Digər Xəbərlər
Xəbər Lenti