“Bu gün-sabah “Neftçi”dəsən“ dedilər, Xalq artisti oldu

2 Avqust 2020 10:40 Maraqlı 1 496
“Bu gün-sabah “Neftçi”dəsən“ dedilər, Xalq artisti oldu

“Çox yaxşı futbolçu idim, mənə deyirdilər ki, bu gün-sabah “Neftçi”dəsən“.

Sportinfo.az xəbər verir ki, Xalq artisti Fəxrəddin Manafova məxsusdur.

Bu gün 65 yaşını qeyd edəcək məşhur sənət adamıı gənclik illərində idmanın “şah“ına bağlandığını bildirib: “O dövrlər doğurdan da gözəl futbol oynayırdım.

44 yaşım olanda veteranların futbol yarışı keçirilirdi. Onda Slovakiyada yaşayırdım və 15 beş ildən artıq idi ki, futbol oynamırdım.

Qardaşımın futbol komandasında oyunçu kimi çıxdım, dedim bir, hissə oynayacam, iki qol vurub çıxacam. Elə də etdim. Futbol sevgisi həmişə mənimlə qaldı, amma fəlsəfəm də dəyişmədi“.

Fəxrəddin Manafovun qardaşı Marat Manafov biznesmen kimi tanıınıb. Ağır sənaye, xüsusən neft sektorunda tanınıb. Slovakiyada futbol klubu yaradıb. O, ötən əsrin 90-cıı illərinə təsadüf edir.

Öz adını daşıyan klub Slovakiyanın aşağıı liqasıında mübarizə aparııb. İş adamı “Marat“ın sükanı arxasına Ruslan Abdullayevi dəvət edib.

Amma klubun ömrü uzun sürməyib. Marat Manafov bir müddət sonra Çexiyada yoxa çıxıb. Ona məxsus BMW meşə zolağında işlək vəziyyətdə tapılıb, özü isə tapılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti