Koronavirusun yeni təhlükəli tərəfləri - MÜTLƏQ ÖYRƏNİN

14 İyul 2020 09:00 Maraqlı 614
Koronavirusun yeni təhlükəli tərəfləri - MÜTLƏQ ÖYRƏNİN

Sportinfo.az xəbər verir ki, SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarına deyil, bir çox digər orqanlara da təsir edir.

Buna görə ona yalnız respirator xəstəlik kimi baxmaq düzgün deyil.

ABŞ-ın Kolumbiya Universitetinin alimləri bu barədə məlumat veriblər. İnfeksiyanın səbəb olduğu bütün təhlükəli sindromlar “Nature Medicine” jurnalında dərc olunub.

Müəlliflərin fikrincə, koronavirus qan laxtalanmasının artması ilə nəticələnən tromboz ağırlaşmalar, miokard disfunksiyası və aritmiya, kəskin koronar sindromlar, kəskin böyrək zədələri, mədə-bağırsaq simptomları, hepatosellüler çatışmazlıq, hiperqlikemiya və ketoz, həmçinin nevroloji pozğunluqlar, göz və dəri zədələnmələri yarada bilər.

Elm adamları dializ tələb olunan xəstələrin çox yüksək olduğunu (5-10 faiz) qeyd edirlər. Nevroloji simptomlar isə bütün xəstələrin üçdə birində baş verir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"