Koronaya yoluxan idman adamı Prezidentə yazdı: "Allah Sizi və ailənizi qorusun!”

12 İyul 2020 20:00 Maraqlı 708
Koronaya yoluxan idman adamı Prezidentə yazdı: "Allah Sizi və ailənizi qorusun!”

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər.

Sportinfo.az xəbər verir ki, onlardan biri də Gəncə şəhərindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənovdur:

“Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz sərəncamlar bizi çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcəklər.

Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə idman saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial–iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.

Digər Xəbərlər
Xəbər Lenti