Azərbaycanda ilk koronaviruslu kənd - VİDEO- REPORTAJ

11 İyul 2020 00:56 Maraqlı 1 760
Azərbaycanda ilk koronaviruslu kənd - VİDEO- REPORTAJ

Sportinfo.az xəbər verir ki, Baku Tv komandası bu həftə Lənkaranın Boladi adlanan kəndinə üz tutub.

Bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10.000 əhalisi olan kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub.

Amma buna baxmayaraq kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var.

Qəribəsi budur ki, Baku.Tv komandası kəndə çatdığı zaman yol kənarında dayanan qadınlar bu kəndin təhlükəli olduğunu, ora getməyi məqsədə uyğun hesab etməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti