ÖZÜNÜZÜ QORUYUN! COVID-19 beyin və ürək zədələnməsinə səbəb olur

10 İyul 2020 09:00 Maraqlı 485
ÖZÜNÜZÜ QORUYUN! COVID-19 beyin və ürək zədələnməsinə səbəb olur

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, koronavirusa yoluxaraq ondan sağalmış hər üçüncü insan həyatının qalan hissəsində ağ ciyərlərinin zədələnməsi, xroniki yorğunluq və psixoloji pozuntulardan əziyyət çəkə bilər.

Sportinfo.az xəbər verir ki, Britaniyada xəstəxanadan sağalaraq çıxmış hər onuncu şəxsdə kəskin ürək zədələnməsi diaqnozu qoyulur.

Mütəxəssislər hesab edirlər ki, keçirilmiş COVID-19 xəstəliyi beynin zədələnməsinə səbəb ola bilər. O, hətta Alzaymer xəstəliyinin inkişafına təkan verə bilər.

Digər Xəbərlər
Xəbər Lenti