Oksford universiteti tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin insanlar üzərindəki tətbiqi müsbət nəticələr verib.
Sportinfo.az xəbər verir ki, universitetin yaydığı məlumata görə, peyvənd sayəsində insan orqanizması virusa qarşı özünü qorumağı bacarıb.
Professor Sarah Gilbert açıqlamasında bildirib ki, peyvəndin sentyabra hazır olacağı gözlənilsə də, buna arxayın olub sosial məsafə və maska qanunlardan qaçmaq olmaz: "Biz ən yaxşı variant olaraq sentyabr deyirik. Lakin biz ən pisinə hazır olmalı və tədbirlərimizi buna uyğun görməliyik".
Peyvənd hazır olduğu anda 400 milyon dozla satışına başlayacaq. İlk olaraq Almaniya, Fransa və Hollandiyaya satılacağı qərarlaşdırılan peyvəndin ilk 100 milyonluq dozası İngiltərədə, 300 milyonu isə ABŞ-da tətbiq edilməyə başlanılacaq.