Olimpiya çempionunu azərbaycanlının mahnısı cuşa gətirdi – VİDEO

7 İyun 2020 11:00 Maraqlı 1 267
Olimpiya çempionunu azərbaycanlının mahnısı cuşa gətirdi – VİDEO

Məşhur cütlük – musiqi prodüseri Yana Rudkovskaya və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko Azərbaycan əsilli rusiyalı müğənni Babək Məmmədrzayevin "Потанцуй со мной" (Mənimlə rəqs elə) mahnısının sədaları altında rəqs ediblər.

Sportinfo.az xəbər verir ki, Rudkovskaya rəqs etdikləri zaman çəkdirdikləri videonu Instagram-dakı səhifəsində paylaşıb.

“Mən ağac kimi olsam da, bu cür oğlana necə yox deyə bilərəm? Yana, mənimlə rəqs elə. Problem deyil, Jenya. Mən burada ikinci planda sənin gözəlliyini vurğulayaram”, - Rudkovskaya videoya şərh yazıb.

Yana Rudkovskaya ilə Yevgeni Plyuşşenko 2009-cu ildə evləniblər. Onların Aleksandr (Qnom Qnomıç) adlı oğulları var.

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində doğulub. Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib.

Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"