Bakıda karantini pozanlar polisi görüb evlərinə qaçdı - VİDEO

7 İyun 2020 09:00 Maraqlı 869
Bakıda karantini pozanlar polisi görüb evlərinə qaçdı -  VİDEO

Bakıda karantin qaydalarını pozan sakinlər Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarını görüb evlərinə doğru qaçmağa başlayıblar.

Sportinfo.az xəbər verir ki, həmin anın videosu sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”