MOK müsabiqə elan etdi

5 İyun 2020 00:14 Maraqlı 335
MOK müsabiqə elan etdi

Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edib.

MOK-un mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, müsabiqəyə olimpiadaya qatılan idmançıların həyat yolundan, uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır.

Qaydalara əsasən, hər jurnalist bir yazı təqdim etmək hüququna malikdir. Yazı MOK-un elan etdiyi istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

Yazılar iyulun 10-dək qəbul ediləcək. Qaliblərə müvafiq olaraq 500 manat, 300 manat və 200 manat mükafat veriləcək. Onların adları iyulun 20-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”