"Biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik"

26 May 09:00 Maraqlı 130
"Biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik"

Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sportinfo.az xəbər verir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar:

“Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

Xəbər Lenti
8 İyul 22:40 "Sabah" ona iş verdi
8 İyul 10:24 Bravo qazandırır!
8 İyul 00:00 "Qarabağ"dan QORXURLAR!