Premyer Liqa klubları koronavirusa görə 1,3 milyard avro itirə bilər

5 Aprel 2020 09:42 Maraqlı 305
Premyer Liqa klubları koronavirusa görə 1,3 milyard avro itirə bilər

İngiltərə Premyer Liqasında cari mövsüm bərpa olunmayacağı təqdirdə, klubların itirəcəyi məbləğ açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu hal baş verərsə, yerli komandalar ümumilikdə 1,3 milyard avro qazancdan məhrum olacaqlar.

Həmin məbləğin 866 milyon avrosunu teleyayım hüquqları, 227 milyon avrosunu bilet satışları, 199 milyon avrosunu isə sponsorluq müqavilələrindən əldə olunan gəlir təşkil edir.

Bunu nəzərə alan Premyer Liqa rəhbərliyi klubların futbolçuları ilə video-konfrans keçirərək mümkün maliyyə itkiləri barədə məlumat verib və onları maaşlarının 30 faizindən imtina etməyə çağırıb.

Aprelin 3-də İngiltərə Premyer Liqasının oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti