Koronavirus havaların istiləşməsi ilə yox ola bilər?

3 Aprel 2020 09:00 Maraqlı 592
Koronavirus havaların istiləşməsi ilə yox ola bilər?

Sportinfo.az xəbər verir ki, ABŞ-ın Merilend Universiteti koronavirus ilə istilik arasında necə bir əlaqə olduğunu araşdırdı.

Aparılan araşdırma, COVID-19 virusunun fəsillərə görə dəyişdiyini göstərdi. Bu vəziyyət, havaların istiləşməsi ilə epidemiyanın sona çata biləcəyinin bir göstəricisidir.

İnsanlar, bir tərəfdən bu virusu tutmamaq üçün özlərini təcrid etməyə çalışır, digər tərəfdən də bu qlobal epidemiyanın nə vaxt sona çatacağı ilə maraqlanırlar.

ABŞ-da aparılan araşdırma ilə əlaqədar danışan mütəxəssislər, xəstəliyin ən çox müşahidə edildiyi yerlərdəki hava istiliyinin 5 ilə 11 dərəcə, rütubətin 50% ilə 80% arasında olduğunu və xəstəliyin yayılma sürətinin də yüksək olduğunu ifadə etdi. ABŞ-da aparılan araşdırma koronavirusun mövsümə görə reaksiya göstərdiyini göstərdi.

Digər Xəbərlər
Xəbər Lenti