Futbolçular niyə koronavirusa yoluxur? - RƏY

2 Aprel 2020 12:02 Maraqlı 385
Futbolçular niyə koronavirusa yoluxur? - RƏY

Koronavirusun ölkə ərazisində yayıldığı andan etibarən həkimlər, infeksionistlər məsləhət görür ki, immun sisteminin gücləndirmək lazımdır.

Əhali də buna maksimum şəkildə əməl etməyə çalışaraq sarımsaq, soğan və başqa tərəvəzləri gündəlik qida rasionuna qatıb immmunitetini gücləndirmək, virusa yoluxmamaq istəyir.

Amma xəstəliyin statistikasına nəzərə salsaq, görərik ki, koronavirusa yoluxanların arasında dünyada tanınmış futbolçular, idmançılar da var. Belə olan halda adam düşünməyə bilmir, yəni onların immun sistemi belə güclü ola-ola yoluxursa, sıravi bir vətəndaş niyə xəstəliyə yoluxmasın?

Sportinfo.az xəbər verir ki, ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, immun sisteminin zəif, ya güclü olması xəstəliyə yoluxmanın qarşısını ala bilməz:

“İmmun sistemi güclü olan insanlar da xəstəliyə yoluxa bilər. Lakin belə insanlar xəstəliyi yüngül keçirir və heç bir ağırlaşma ehtimalı olmur. Amma immun sistemi zəif olan adam xəstəliyə yoluxanda xəstəlik ağır keçir və ağırlaşma ehtimalı yüksək olur.

Ona görə də biz hamıya müraciət edirik ki, sağlam qidalansınlar, açıq havada olsunlar, bütün gün texnikanın qarşısında oturmasınlar. Yoxsa “virus immun sistemi güclü olan adama yoluxmayacaq” deyə, bir söhbət ola biməz.

Virus hər kəsə yoluxmaq gücündədir. Tərəvəzlər, sarımsaq, soğan xəstəlikdən müdaifə etməyəcək, sadəcə, yoluxduqdan sonra bu tərəvəzlərin xeyrini görəcəksiz”.

Digər Xəbərlər
Xəbər Lenti