Koronavirusun daha bir yeni əlaməti açıqlandı

31 Mart 2020 14:08 Maraqlı 525
Koronavirusun daha bir yeni əlaməti açıqlandı

Amerikalı həkimlər bəzi pasientlərdə aşkarlanan konyunktivitin koronavirus əlaməti ola biləcəyi barədə xəbərdarlıq yayıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Amerika Oftalmologiya Akademiyası açıqlama yayıb.

Çindən gələn məlumatlara görə, koronavirusa yoluxan hər 30 xəstədən birinə konyunktivit diaqnozu qoyulub. Amerikalı həkimlər tərəfindən aparılan başqa bir araşdırmaya görə isə, Çində koronavirus xəstəsi 1099 nəfərdən 19-da konyunktivit aşkarlanıb.

Məlumatların ölkə üzrə 30 xəstəxanadan toplandığı qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?