Xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.
Sportinfo.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.
Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-in fəaliyyətinin davam etdirilməsinə icazə verilir.