Bu şəxslər küçəyə maşınla da çıxa bilməz

30 Mart 2020 22:30 Maraqlı 572
Bu şəxslər küçəyə maşınla da çıxa bilməz

"Məqsəd budur ki, insanlar maksimum təcrid olunmalı və həyati əhəmiyyətli obyektlər işləməlidir. Ən zəruri hallarda insanların küçəyə çıxmasına icazə veriləcək".

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, nəqliyyatın fəaliyyəti davam etdiriləcək:

"Bakı, Sumqayıt və Abşeron daxilində şəxsi maşınlardan istifadə sərbəstdir, amma küçəyə çıxmamaq tövsiyə olunur. Siz küçəyə çıxması məhdudlaşdırılan kateqoriyadan olan şəxssinizsə, maşınla da çıxa bilməzsiniz.

Həyati obyektlərdə çalışan şəxslər öz avtomobillərindən istifadə edə bilərlər. Yerdə qalan vətəndaşlara 24 saat küçəyə çıxmaq qadağandır, istisna halları qeyd etmişik. Mağazaya getmək üçün öz yaşadığınız yerin yaxınlığındakına getməlisiniz.

Bunun üçün də sizə maşın lazım olmayacaq. Marşrut və metro son qaydaya uyğun olaraq fəaliyyətini davam etdirəcək. Düzdür, bu gün metroda sıxlıq yaşandı. Amma bu qərarın tətbiqindən sonra daha sıxlıq olmayacaq.

Bakı Nəqliyyat Agentliyi situasiyanı daim təhlil edir. Onlar bu mövqedən çıxış edir ki, bu məhdudiyyətlərdən sonra ölkədə 2 milyondan az adamın fəaliyyətinə icazə veriləcək. Ona görə də dünənki, bugünkü qədər avtobusların xəttə çıxmasına ehtiyac olmaya bilər. Ekspress marşrutlar da istifadəyə verilib".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?