Tanınmış idman həkimi Sportinfo.az-a BU DƏHŞƏTdən yazdı

30 Mart 2020 22:20 Maraqlı 1 130
Tanınmış idman həkimi Sportinfo.az-a BU DƏHŞƏTdən yazdı

I dərəcəli idman həkimi Seyfəddin Məmmədov Sportinfo.az-a yeni məqalə göndərib.

Uzun illərdir bu sahədə çalışan tanınmış tibb adamı koronavirus və ondan qorunmaq haqda bilgilərini oxucularımızla bölüşüb.

Koronoviruslar coronoviridae fəsiləsinə aid olmaqla, 4 əsas növdə təsnif edilir. Bunlara insan, yarasa, donuz, pişik, köpək, gəmricilər və ev quşlarında (ev və vəhşi heyvanlarda) rast gəlmək mümkündür.

Yeni növ koronovirus COVİD-19- un infeksiya mənbəyi dəqiqləşdirilməyib, hələ araşdırılır. Yoluxma mənbəyinin Huanan Dəniz Məhsulları Topdansatış Bazarında qanunsuz satılan vəhşi heyvanlar olduğu guman edilir.

Yoluxma yolları heyvandan insana, insandan insanadır. İnkubasiya dörü 14 günə qədərdir və virusun ətraf mühitin təsirinə davamlılıq müddəti dəqiq məlum deyil.

İnfeksiyanın əsas göstəriciləri tənəffüs simptomları, hərarət, öksürək və tənginəfəslikdir. Daha ciddi xəstəlik hallarında pnevmoniya, ağır kəsgin tənəffüs yolu infeksiyası, böyrək çatmamazlığı və nəticədə ölüm baş verir.

COVID-19 yoluxmuş insanın tənəffüs damcıları (öksürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səhtlərə toxunma yolu ilə ötürülür. COVİD-19 virusu səht üzərində saatlarla qala bilsə də adi dizinfeksiya edici maddə ilə zərərsizləşdirilə bilir.

İdmançılar profilaktik olaraq bu ifüksiyadan qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etməlidirlər:

- Sabun və ya spirt tərkibli vasitə ilə tez-tez əllərinizi yuyun;

- Öskürərkən və ya asqırarkən, ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra salfet parçasını bağlı zibil qutusuna atın;

- Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçın(ən azı 1 metr məsafəni saxlayın);

- Tibbi maskadan istifadə etdikdə onlar düzgün qaydada geyinilməli və tullanmalıdır;

- Mümkün olduğu qədər əllərinizlə gözlərinizə, burnunza və ağzınıza toxunmayın;

- Orqanizmin immunitetini qaldırmaqla xəstəliyə qarşı müqaviməti artırmaq lazımdır. Bundan ötrü tərkibi Cvitamini ilə zəngin olan meyvələrdən və ya şirələrdən istifadə etmək lazımdır (limon, qara qarağat,sitrus meyvələrindən və ya şirəsindən və.s);

- Tez-tez az miqdarda da olsa su qəbul etmək lazımdır ki, əsnəkdə olan virusları yuyub mədəyə salmaqla onların tənəffüs yollarına düşməsinin qarşısını alır;

- Boğazı 3% perekslə vəya duzlu su ilə tez-tez qarqara etmək;

- Ara məsafəsi 1 metrdən yaxın olan idman növlərinin məşqləri zamanı ehtiyatlı olmaq lazımdır. Burada xəstələnmə ehtimalıdigər idman növlərinə nisbətən daha çoxdur. Məşqdən sonra yuxarıda qeyd olunan tövsiyələrə daha ciddi əməl etməlidilər;

- Hərarətiniz və ya öksürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə həkimə müraciət edin.

İdmançıların bədən qurluşunun möhkəmliyi heç də onların orqanizminin immunitetinin yüksək olması demək deyil. Ona görə də bədən qurluşlarına arxayın olmasınlar və tövsiyyə olunan tədbirlərə əməl etsinlər.

Digər Xəbərlər
Xəbər Lenti