Federasiya rəhbəri Prezidentin çağırışına dəstək verdi

30 Mart 2020 12:02 Maraqlı 1 063
Federasiya rəhbəri Prezidentin çağırışına dəstək verdi

Azərbaycan Universal Döyüş Federasiyasının rəhbəri Azər Həsənov Prezidenti İlham Əliyevin çağırışına dəstək verib.

Sportinfo.az xəbər verir ki, Əməkdar bədən tərbiyəsi və İdman xadimi bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

O, hamıya "evdə qal" deyərək, ailəmizi, həkimlərimizi, xalqımızı qorumağa çağırıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da Prezident İlham Əliyevin fərmanı əsasında yaradılıb. Ötən müddət ərzində fonda 90 milyon manatdan artıq vəsait ianə edilib.

Digər Xəbərlər
Xəbər Lenti