Futbol ictimaiyyəti sevinsin: Vergi ödəmələrinin müddəti uzadıldı

29 Mart 2020 16:30 Maraqlı 417
Futbol ictimaiyyəti sevinsin: Vergi ödəmələrinin müddəti uzadıldı

Vergilər Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 6 aprel 2020-ci il tarixə keçirilib.

Vergilər Nazirliyindən Sportinfo.az-a verilən məlumata görə, qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.

Belə ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Azərbaycanda hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31 mart 2020-ci ildir.

Digər Xəbərlər
Xəbər Lenti