Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir

28 Mart 2020 19:02 Maraqlı 560
Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir

Sportinfo.az xəbər verir ki, bütün dünya 2019-n COVİD virusundan xilas olmağın yollarını axtarır.

Birmənalı şəkildə demək olar ki, bu vaksini tapan elə bütün dünya üçün “Ağatlı oğlan” olacaq. İndi bütün dünya insanın gözü o "oğlan"dadır.

Rusiya, ABŞ, Çin, Fransa kimi ölkələr müxtəlif dərman pereparatları hazırlamaq yolunda çalışırlar. Bəs Azərbaycan necə, virusa vaksin tapmaq üçün cəhdlər edirmi? Yoxsa digər ölkələrin təcrübələrinin sınaqdan uğurla çıxmasınımı gözləyir?

Məsələ ilə bağlı modern.az-a danışan respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hələlik dünya ölkələrində aparılan tədqiqatlarda yenilik yoxdur:

“Azərbaycanın laboratoriyaları olsa da, məsələn Amerika kimi texniki təchizatı və maddi imkanları yoxdur. Əgər Amerika kimi ölkədə bu pereparataı hazırlayıb ortaya çıxara bilmirlərsə, təbii ki, bizdə də heç nə yoxdur”.

C.İsayev deyib ki, hansısa dərmanın təsdiqi üçün uzun zaman lazımdır: “Çin, Yaponiya, Rusiya kimi aparıcı dövlətlər də tədqiqatlar aparır. Sınaqdan keçirilən pereparatlar 1-2 xəstədə effektli olur.

Amma onun həqiqtən də koronavirusun dərmanı olmasının təsdiqlənməsi üçün ən azı 6 ay lazımdır. Ola bilər ki, dərmanın xeyrilə yanaşı, yan təsirləri də var. Buna görə araşdırma aparmaq lazımdır. Ümid edirik ki, vaksin tapılanadək virus öz-özünə səngiyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti