Fonda ən çox və... cəmi 1 manat köçürən şirkətlər – SİYAHI

25 Mart 09:14 Maraqlı 493
Fonda ən çox və... cəmi 1 manat köçürən şirkətlər – SİYAHI

Prezident İlham Əliyevin sərəncamı ilə 19 martda yaradılan və bir gün sonra hesabları açılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna artıq 78 milyon 764 min 611 manat pul toplanıb.

Sportinfo.az xəbər verir ki, Prezidentin sərəncamı ilə Prezidentin ehtiyat fondundan 20 milyon ilkin olaraq ayrıldığını nəzərə alsaq, 4 gün ərzində 59 milyona yaxın vəsaitin köçürüldüyü üzə çıxır.

İanə edənlərin 569-u hüquqi, 472-si isə fiziki şəxsdir.

Hüquqi şəxslər içində ən yüksək ianə Azərbaycan Beynəlxalq Bankı, Azercell Telekom, Az-Granata LLG, Paşa Holdinq, "Azersun", UGE Middle East Development MMC aiddir – hər biri 2 milyon manat köçürüb.

Maraqlıdır ki, iki şirkət - Hayat Motors MMC və Tac Gold MMC – hər biri cəmi 1 manat ianə ilə ən az ianə edənlər sırasına liderlik edirlər.

Fiziki şəxslər içərisində ən yüksək məbləğ isə İlham Əliyev (Prezident bir illik əmək haqqını bağışlayıb – 126,900), Mehriban xanım Əliyeva (Birinci vitse-prezident də bir illik əmək haqqını ianə edib – 101.700) və Müşfiq İsgəndər oğlu Həsənovdur (180 min).

Bir neçə vətəndaşımız isə 1 və 5 manat arasında ianələr edib.

Azərbaycanın məşhur iş adamları İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Fonda 2 milyon pul köçürəcəklərini açıqlayıblar. Hələlik o vəsait Fonda daxil olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun