Azərbaycanda ilk dəfə parlamentə düşən İDMAN ADAMLARI

10 Fevral 2020 18:16 Maraqlı 1 365
Azərbaycanda ilk dəfə parlamentə düşən İDMAN ADAMLARI

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilkin nəticələr barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

125 dairə üzrə keçirilən seçkilərdə lider namizədlər arasında Azərbaycan idmanını təmsil edən şəxslər də var.

İlkin məlumata görə, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü Könül Nurullayeva seçkidə qalib gəliblər.

Rauf Əliyev 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə (11 min 609 səs - 47,5 faiz), Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə (12 min 621 səs (60 faiz), Nigar Arpadarai 29 saylı Səbail seçki dairəsi üzrə (5 min 214 səs (42,3 faiz),Könül Nurullayeva isə 24 saylı Nizami birinci seçki dairəsi üzrə (8 min 984 səs (46,1 faiz) birinci olublar.

Bundan başqa, 79 saylı İmişli Seçki Dairəsində “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə qalib hələ açıqlanmayıb və səslərin sayılması davam edir. MSK-nın məlumatına görə, saat 7-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.

Nigar Arpadarai və Könül Nurullayeva ilk dəfədir parlament seçkilərinə qatılıb. Rauf Əliyev və Adil Əliyev isə bundan əvvəlki Milli Məclisə seçkilərdə də qalib gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"