"Hər kəs elə bilirdi ki, mən mübarizəmi deputatlıq üçün aparıram"

9 Fevral 2020 14:36 Maraqlı 1 122
"Hər kəs elə bilirdi ki, mən mübarizəmi deputatlıq üçün aparıram"

"Bir müddət öncə mətbuat konfransı keçirmişdim, orada dedim ki, vətənpərvərlik mənim mövzum yox, həyatım, həyat tərzimdir".

Kikboksinq üzrə doqquzqat dünya və üçqat Avropa çempionu, beynəlxalq və əməkdar idman ustası, Muay-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Azərbaycanın ən tanınmış idmançılarından biri olan Musayev son illər ictimai həyatda fəallığı ilə seçilir. O, bir çox sosial əhəmiyyətli tədbirlərin təşkilatçısı və iştirakçısıdır.

İctimaiyyət gözləyirdi ki, Araz bəy növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcək. Hazırda Fövqəladə Hallar Nazirliyində məsul vəzifədə çalışan Musayev bu barədə fikirlərini bu cür əsaslandırıb:

"İçimdə olan vətən segisinin nəticəsidir ki, bu gün bütün addımlarımız vətənlə başlayır. Hər kəs elə bilirdi ki, mən mübarizəmi deputatlıq üçün aparıram.

Ancaq bildirdim ki, mən bu gün Fövqəladə Hallar Nazirliyinin zabitiyəm. Niyə döyüşçü, general yox, ancaq deputat görmək istəyirsiz?

Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Gördüyüm işləri deputatlıqla bağlamasınlar deyə, namizədliyimi verməkdən imtina etdim.

Əsas səbəb bu oldu. Növbəti seçkilərdə ehtiyac duyularsa, səhhətimdə hər hansı problem yaranmasa və FHN-də xidmətim mümkün olmazsa, onda fikirləşməyə dəyər. Vətənə hər yerdə cidmət etmək lazımdır.

Deputat oldun-olmadın, bunun heç bir fərqi yoxdur. Çünki vətənini sevən insan hər zaman dövlətinin, xalqının, prezidentinin yanında olmalıdır. Bu, hamımızın borcumuzdur. Biz də öz işimizdə dövlətimizə xidmət edirik. Əsas olan vətəni sevməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!