Məşhur "Qəbələ"li "Kobra" “Survivor”da - FOTO

8 Fevral 2020 09:28 Maraqlı 1 520
Məşhur "Qəbələ"li "Kobra" “Survivor”da - FOTO

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"li idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.

Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur. “Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.

Bu il yarışmada “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!