Arvadından boşandı, komanda yoldaşının sevgilisi ilə... FOTOLAR

7 Fevral 2020 01:10 Maraqlı 1 383
Arvadından boşandı, komanda yoldaşının sevgilisi ilə... FOTOLAR

"Mançester Siti"nin ulduzu Riyad Mahrez model və müğənni həyat yoldaşı Rita Mahrezdən ayrıldıqdan sonra özünə yeni sevgili tapıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçunun Teylor Uardla birlikdə olduğu bildirilir.

İngiltərə mediası iddia edir ki, Mahrez və Uard tez-tez bahalı restoranlarda yeməyə çıxır, münasibətlərini hər kəsdən gizli saxlayır.

28 yaşlı Teylor Uard illər əvvəl "Mançester Siti"nin digər ulduzu Serxio Aquero ilə sevgili olub. O, həmçinin keçmiş futbolçu Eşli Uardın qızıdı.

Riyad Mahrezin keçmiş xanımı Rita Mahrezin boksçu Antoni Couşa ilə münasibətdə olması barədə xəbərlər yayılmışdı. Futbolçu bundan sonra boşanmaq qərarına gəlmişdi.










Digər Xəbərlər
Xəbər Lenti