Gəlin köçdüyü əyalətin klubunun prezidenti oldu -

6 Fevral 2020 12:16 Maraqlı 959
Gəlin köçdüyü əyalətin klubunun prezidenti oldu -

Türkiyənin Bolu əyalətini təmsil edən “Göynük Belediyespor"un yeni prezidenti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı Ayşe Aydın klubun rəhbəri təyin edilib.

Ayşe Aydın 10 il əvvəl Boluya gəlin köçüb. Hazırda 3 övladı var və bizneslə məşğuldur. O, bu klubla yüksək hədəflərinin olduğunu bildirib.

Ayşe Aydının restoranları var və Boluda ilk qadın klub prezidentidir. O, bu görəvə görə çox sevindiyini deyib: “Mən Göynükdə gəlinəm. “Göynük Belediyespor” prezidenti olduğuma görə çox sevinirəm.

Bir qadın prezidentlə yola davam etməyin futbolçulara və texniki heyətə təsirini görməmək mümkün deyil. Mən də onlar qədər həyəcanlıyam.

Çox yaxşı işlər bacaracağımızı bilirəm. Komandamız gənclərdən qurulub və bu bir avantajdır. “Boluspor”dan aldığımız futbolçular var. Bir tərəfdən də onların pilot komandası kimi çalışacağıq”.

Aydın əvvəllər də futbolla maraqlandığını sözlərinə əlavə edib: “Əvvəllər də futbolla maraqlanmışam və “Boluspor”u yaxından maraqlanırdım. Matçlara tez-tez getməyə çalışırdım. Qadın əlinin dəydiyi hər yerdə çiçəklər, güllər açır.

Türkiyədə ikinci qadın prezidentəm. İlk qadın prezident “Kayserispor”un prezidenti Berna Gözbaşıdır. Günü-gündən sayımız artacaq. 3 övladım var. Öncəliklə mən bir anayam və analar əsla yorulmaz. Daha yaxşı işlər bacaracam”.






Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!