"Tottenhem"də qara qoyun elan olunmuşdum"

5 Fevral 2020 21:20 Maraqlı 583
"Tottenhem"də qara qoyun elan olunmuşdum"

"İnter"in yeni transferi Kristian Eriksen "Tottenhem"dən ayrılmasının səbəblərini açıqlayıb. Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi ötən mövsüm Çempionlar Liqasının finalında "Liverpula" məğlubiyyətdən sonra azarkeşlərin ondan üz çevirdiyini bildirib:

"Klubla müqaviləm davam etməsinə baxmayaraq, azarkeşlər komandadan ayrılmağım üçün təzyiq göstərirdilər. Mətbuatda hər gün transferimlə bağlı xəbərlər dərc olunurdu. Qeydə alınan pis nəticələrə görə əsas tənqid hədəfi mən olurdum. Belə demək mümkünsə, "Tottenhem"də qara qoyun elan olunmuşdum".

Eriksen qış fasiləsində 20 milyon avro qarşılığında "İnter"ə keçib

Digər Xəbərlər
Xəbər Lenti