"Xəzər Lənkəran"lılardan örnək addım: Klubun işçisinə kömək etdilər

4 Fevral 2020 19:40 Maraqlı 1 395
"Xəzər Lənkəran"lılardan örnək addım: Klubun işçisinə kömək etdilər

"Əvəz əmi "Xəzər Lənkəran"ın U-17 komandasının sürücüsüdür. Son vaxtlar səhhəti ilə bağlı işləmir. Həm gözləri zəifləyib, həm də soyuqdan ağciyərlərinə su yığılıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xəzər Lənkəran"ın keçmiş futbolçusu Alim Qurbanov deyib. Hazırda "Keşlə"də U-14 komandasına başçılıq edən gənc mütəxəssis yaxınlarda xeyirxah addımı ilə diqqət çəkib. "Xəzər Lənkəran" yarandığı vaxtdan - 2004-cü ildən komandada sürücü işləyən Mirzəbəyov Əvəzin səhhətində problem olduğunu eşidən veteran futbolçu vaxtı ilə Lənkəran təmsilçisində çıxış etmiş oyunçulara, orada çalışan işçilərə müraciət edərək, yaşlı kişiyə yardım etmələrini istəyib. Onlar da öz növbəsində Qurbanovun xahişini yerə salmayıblar:

"Xəzər Lənkəran"da oynamış uşaqlara xəbər etdik ki, Əvəz əmiyə kömək lazımdır. Sağ olsunlar, əllərindən gələni etdilər. Rahid Əmirquliyev, Füzuli Məmmədov, Kamal Bayramov, Rəşad Abdullayev vaxtı ilə klubda işləmiş Tural Əsgərov, Səməd Mustafayev, Elvar Quliyev və daha bir neçə nəfər dəstək oldular. Yenə gedəcəyik, birinci dəfə gələ bilməyənlər bu dəfə bizimlə birlikdə olacaqlar. Xəbər ediblər ki, 10-15 günə gedək.

Kiməsə yardım əli uzatdığını deməzlər. Bunu söyləməkdə məqsədim odur ki, "Xəzər Lənkəran"da oynayanların dostluğu, hörməti itirmədiyini bilsinlər. "Xəzər" elə klub idi ki, orada yaxşı kollektiv yaratmışdıq. Klub neçə ildi dağılıb. Buna baxmayaraq, keçmiş kollektiv, veteran futbolçular tək Əvəz əmi olmasın, başqa biri olsun, hamıya dəstək olurlar, bundan sonra da olacaq. Həm maddi, həm də mənəvi cəhətdən".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!