Güloğlan Cabbarov gəncliyin bayraqdarı niyə olmasın?

4 Fevral 2020 10:24 Maraqlı 617
Güloğlan Cabbarov gəncliyin bayraqdarı niyə olmasın?

Hələ 2019-cu ilin ilk aylarında yazmışdım ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar. təkcə ölkə daxilində deyil, eyni zamanda ölkədən kənarda da ciddi rezonans yaradır.

Avropa Birliyi, ATƏT və digər beynəlxalq təşkilatlar, müxtəlif insan haqları müdafiəçiləri İlham Əliyevin başlatmış olduğu bu dəyişim siyasəti qarşısında hansısa mənfi iradlar bildirə bilməməkdən ciddi şəkildə pəjmürdə olduqların gizlətmirlər.

Amma belə köklü dəyişikliklər ölkənin qanunverici orqanı Milli Məclisdə də baş vermədiyindən MM-in istər-istəməz hədəf taxtasına çevrilmişdir.

Bəzi millət vəkillərinin davamlı çıxışlarında "QUŞLAMALARI", birinin mandatı "GİROV" qoyması, başqa birinin övladının Vergi əməkdaşını döyməsi hər gün parlamentin nüfuzuna bir qədər də zərbə vurmaqda idi. Belə olduqda prezident İlham Əliyevin Milli Məclisin özünü buraxmasını istəməsi ən doğru addım idi.

Əlbətdə parlamentin buraxılması və 9 fevral 2020-ci ilə təyin edilən növbədənkənar patlament seçkiləri Azərbaycan cəmiyyətində mövcud iqtidara, bütövlükdə prezident İlham Əıiyevə olan inamı daha da artırmış oldu.

Ancaq buraxılan parlamentin bəzi "QUŞ" buraxan, övladına QANUNLAR-ın nə olduğunu, DÖVLƏT ƏMƏKDAŞLARININ vəzifə başında döyməyin qanuna zidd olduğunu başa sala bilməyən deputatlar utanmadan, qızarmadan yenidən mandat almaq üçün seçkilərdə iştirak etməklə bu seçkilərə kölgə salmağa and içiblər.

Amma açıq demək lazımdır ki, bu sadaladığım mənfi hallar keçiriləcək seçkilərin ümumi fonunda elə də böyük görünmür, ancaq yenə də bir çox məkrli dairələrin əlinə əlavə "KOZUR" verməyə də bəs edir.

Ölkə üzrə müəyyən edilən dairələr içərisində diqqət mərkəzində olan seçki dairələri isə bəllidir.

Əsasən Bakı şəhərinin rayonları bu istiqamətdə ilk sırada cəmiyyətin diqqətini özünə cəlb edə bilib.

İnsanlar sosial şəbəkələrdə, çayxanalarda, mağaza və alış-veriş mərkəzlərində, yaşadıqları məhəllədə bir şeydən danışırlar... kimi seçək?

Belə dairələrdən biri də 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir ki,bu dairədə aparılan sorğular, müxtəlif araşdırmalar göstərir ki, gənc olmasına, siyasi proseslərin mərkəzində olmamasına rəğmən, müstəqil namizəd Güloğlan Cabbarov daha çox öndə görünür. Araşdırmaçılar bunu gənc namizədin ətrafında formalaşmış gənclərlə əlaqələndirirlər və bu əlaqələndirmədə də haqlıdırlar.

Düzdür, Güloğlan Cabbarov siyasi proseslərin mərkəzində bu günə kimi olmayan, hansısa formada ləkəsi olan siyasətçi deyil. O, daha çox ölkənin idman aləmindəki nüfuzu ilə, ölkə prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək verən, bu istiqamətdə çalışan bir təcürbəli idman mütəxəsisi olaraq tanınıb.

Seçkilərdə də müstəqil şəkildə iştirak etməklə seçicilərin rəğbətin daha çox özünə çəkə bilib.

Bu səbəbdən də digər rəqiblərindən daha çox öndə görünür.

Ekspertlər hesab edirlər ki, əyər doğurdan da parlamentin dəyişməsi baş verəcəksə burda gənclərin aktivliyi əsas rol oynayacaq.

Eyni zamanda seçiləcək gənclərin öz dairə ərazilərində seçiciləri ilə qurmuş olduqları münasibətlər, onlara olan inamı bir qədər də artırmış olacaq.

Buna görə də 19 saylı Birinci Nərimanov seçki dairəsi ərazisində keçirilən rəy sorğularında seçicilərin Güloğlan Cabbarova daha çox etimad etdiyi özünü göstərir.

Rəyi soruşulan hər üç gəncdən ikisi Güloğlan Cabbarova səs verəcəyini, yaşı 50-60 arasında olan hər beş seçicidən üçünün yenə də Güloğlan Cabbarova səs verəcəyini bildirmələri ondan xəbər verir ki, bu dairənin seçiciləri üçün Güloğlan Cabbarov yeni dəyişimin ilk müjdəçisi olacaq. Bu baxımdan da bu seçkilərdə namizədliyi irəli sürülən gənclər estafeti qəbul edəcəklərsə, niyə də Güloğlan Cabbarov bu estafetin bayraqdarı olmasın.

Buna onun hüquqşünas kimi ali savadı, idman mütəxəssisi olaraq sağlam düşüncəsi bəs edir.

Digər Xəbərlər
Xəbər Lenti