Ulduz futbolçudan maraqlı istək - "Mənə zirehli maşın verin"

3 Fevral 2020 21:29 Maraqlı 692
Ulduz futbolçudan maraqlı istək -

Keysuke Honda Braziliyanın “Botafoqo” klubuna transferi zamanı maraqlı şərt irəli sürüb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubdan zirehli avtomobil istəyib. O, şərti yerinə yetirilməzsə, müqavilə imzalamayacağını bildirib.

“Botafoqo” rəhbərliyi Hondanın bu tələbini qəbul etdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanıb. Sözləşmə ilin sonuna qədər nəzərdə tutulub.

Araşdırmalara görə, Braziliyada gündəlik orta hesabla 6 insan cinayətin qurbanı olur. Yaponiya millisinin sabiq üzvü bu səbəbdən zirehli maşından istifadə etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti