Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirdi - FOTOLAR

3 Fevral 2020 11:48 Maraqlı 1 079
Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirdi - FOTOLAR

Sportinfo.az xəbər verir ki, 9 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd, "Neftçi"nin keçmiş idman direktoru Güloğlan Cabbarov təbliğat-təşviqat müddəti çərçivəsində N.Süleymanov və Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan ünvanda seçiciləri ilə görüş keçirib.

N.Süleymanov küçəsi sakinləri ilə keçirilən görüşdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov özü haqqında məlumat verib, ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə beş il müddətində daima onların yanında olacağını, qarşılaşdıqları problemlərin həllində yaxından iştirak edəcəyini vurğulayıb.

Seçicilər bildiriblər ki, bu günə kimi keçirilən seçkilərdə hansısa bir namizəd onlarla görüşə gəlmədiyi kimi, eyni zamanda onların qarşılaşdıqları problemlərlə də maraqlanmayıblar.

Seçicilər bildiriblər ki, 9 fevral növbədənkənar parlament seçkilərində Milli Məclisdə öz təmsilçiləri kimi Güloğlan Cabbarova səs verəcəklər.

Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsində keçirilən görüş isə, Milli Qəhramanın bu ünvanda yerləşən xatirə büstü qarşısında baş tutub. İlk olaraq Güloğlan Cabbarov seçicilərlə birlikdə abidə önünə gələrək dualar ediblər. Güloğlan Cabbarov abidə qarşısına qərənfillər düzüb.

Keçirilən görüşdə çıxış edən Güloğlan Cabbarov keçiriləcək növbədənkənr parament seçkilərində iştirak səbəbi haqında fikirlərin bildirib. Görüşdə iştirak edən hər bir seçicidən keçiriləcək seçkilərdə ona səs verməyə cağırıb.













Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı