Yığmamızın aparıcı siması xanımı ilə "Bal ayı"nda - FOTOLAR

1 Fevral 2020 09:28 Maraqlı 1 161
Yığmamızın aparıcı siması xanımı ilə "Bal ayı"nda - FOTOLAR

Cüdo üzrə Azərbaycan yığmasının liderlərindən olan Hidayət Heydərov həyat yoldaşı ilə "Bal ayı”na yollanıb.

Sportinfo.az xəbər verir ki, ötən ilin sonu Leyla adlı xanımla evlənən Avropa çempionu tətil üçün Dubayı seçib.

O, Leyla ilə görüntülərini sosial şəbəkədə paylaşıb. Cütlüyün toyu 2019-cu ilin dekabrın 28-də baş tutub. Məclisdə Xalq artisti Röya Ayxan, Əməkdar artist Abbas Bağırov və başqa sənətçilər çıxış edib.

Onu da bildirək ki, 22 yaşlı H.Heydərov 2017-ci ildə Avropa çempionu, 2018-ci ildə isə dünya üçüncüsü seçilib.



Digər Xəbərlər
Xəbər Lenti