Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan xanımı - FOTOLAR

31 Yanvar 2020 01:06 Maraqlı 1 642
Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan xanımı - FOTOLAR

"Barselona"nın futbolçusu Serji Robertonun həyat yoldaşı Koral Simanoviç unikal qadın hesab edilir.

Sportinfo.az xəbər verir ki, Nyu-Yorkda anadan olan Koralın İsrail vətəndaşlığı var. Lakin o, əri ilə birgə Kataloniyada yaşayır.

Modellik karyerasına qədər 2 il İsrail ordusunda hərbi xidmətdə olub. İsraildə bu normal haldır və əksər qadınlar hərbi xidmətə yollanır.

28 yaşlı modelin "Instagram"da 782 min izləyicisi var. O, məşhur jurnalların üz qabığında yer alır. Onun əsas uğuru öz adının - Koral Simanoviç markasını yaratmasıdır.

Serji Roberto isə "Barselona"nın yetirməsidir. 27 yaşlı müdafiəçi 2010-cu ildən əsas komandada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti