Fanatlar və turistlər suda yaşayacaq - DÇ-2022

22 Yanvar 2020 20:00 Maraqlı 616
Fanatlar və turistlər suda yaşayacaq - DÇ-2022

2022-ci ildə dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək Qətər problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, mundiala gələcək milyonlarla azarkeşi qəbul etmək üçün kifayət qədər otelin olmaması ölkəni çətin vəziyyətə salıb.

Ancaq hökumət artıq vəziyyətdən çıxış yolu tapıb. Turnir ərzində paytaxt Dohada - Fars körfəzinin sahilində 16 üzən otel inşa olunacaq. Uzunluğu 72, hündürlüyü isə 16 metr olacaq mehmanxanalarda günəş enerejisindən istifadə olunacaq. Hər oteldə 101 nömrə olacaq ki, bu da 1616 nəfərin yerləşdirilməsinə imkan verəcək.

Üzən mehmanxanalar "Lusail" stadionunun yaxınlığında yerləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti