Tarixdə ən çox qol vurmuş, het-trik etmiş qapıçı - SİYAHI

22 Yanvar 2020 13:28 Maraqlı 1 464
Tarixdə ən çox qol vurmuş, het-trik etmiş qapıçı - SİYAHI

Müasir futbolda qol vurmaqla diqqət çəkən qapıçılar azlıq təşkil etsə də, əvvəllər idmanın bu növünü daha da gözəlləşdirən simalar yetərincə olub.

Rojerio Seni, Xose Luis Çilavert, Xorxe Kampos, Rene İquita və.s. əfsanəvi qolkiperlərin adını çəkmək olar. Hansılar ki, yaşlı və orta nəsil bu adları çox gözəl xatırlayır.

Sportinfo.az əfsanəvi "çərçivə" qoruyucları ilə bağlı kiçik statistik göstəriciləri təqdim edir. Bəribaşdan qeyd edək ki, dünya futbolu tarixində qol vurmaqda lider qapıçı Rojerio Seni daha bir neçə nominasiyadabirinciliyi əlində saxlayır.

1990-cı ildən 2015-ci ilə qədər formasını geyindiyi "Sao-Paulu"nun heyətində 131 dəfə fərqlənən Seni bir klubda cərimə və penalti zərbələrindən vurduğu qol sayına görə rekordçudur. Onun aktivində 130 belə qol var: 61-ni cərimə zərbəsindən, 69-nu isə penaltidən vurub.

Braziliya klubunun heyətində 1000-ə yaxın oyun keçirməklə də rekord vuran 46 yaşlı veteranı siyahıda Paraqvay millisi və "Veles Sarsfild"in əfsanəvi qapıçısı Xose Luis Çilavert izləyir. İkincinin aktivində 67 qol var. Onlardan yalnız 8-i beynəlxalq oyunlarda qeydə alınıb. Amma tarixdə het-trik etmiş yeganə qapıçı da məhz Çilavertdir.

Bombardir-qapıçılar siyahısında üçüncü yeri 46 qolla Meksika yığmasının sabiq üzvü Xorxe Kampos tutur. 12 (1998/2010) il Bolqarıstan millisinin şərəfini qorumuş Dimitar İvankov 42 qolla 4-cü, əfsanəvi kolumbiyalı Rene İquita isə 41 topla siyahının 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti