"Məcbur olub, başımı bağlayıram" - FOTOLAR

22 Yanvar 2020 01:24 Maraqlı 1 874
"Məcbur olub, başımı bağlayıram" - FOTOLAR

Şahamatda A kateqoriyalı hakimlər arasında yer alan çox azsaylı qadın hakimlərdən olan iranlı Şöhrə Bayat vətəninə dönə bilmir.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun Şanxayda keçirilən qadınlar arasında dünya çempionatında başı açıq şəkillərinin yayılması olub.

Şöhrə Bayat İrana qayıdacağı halda həbs olunacağını düşünür. BBC-yə açıqlama verən 32 yaşlı hakim "Telefonumu açanda fotolarımın bir çox yerdə yayımlandığını gördüm. Hər kəs başı açıq olduğumu və başörtüyünə qarşı etiraz etdiyimi yazırdı" deyib.

"Turnirdə başımı bağlayırdım. Amma bu mənim inanclarıma ziddi. İranda məcburi olduğu üçün başımı bağlayıram. Fikrimcə, insanlar öz istədikləri kimi yaşamalıdı" deyə Şöhrə Bayat əlavə edib.

Qadın hakim fotoları yayılandan sonra qarşılaşdığı reaksiyalara görə narahatdı və özünü təhlükəsizlikdə hiss etmir. Onun sözlərinə görə, İranda məhz bu səbəbdən çox sayda qadın həbs olunub.

Geri dönmək şansı olarsa, sevə-sevə vətəninə qayıdacağını bildirən Şöhrə Bayan hazırda bunun mümkün olmadığını deyib.

BBC-nin əldə etdiyi məlumata görə, İran Şahmat Federasiyası Şöhrə Bayata email göndərərək, atdığı addımla bağlı izahat verməsini tələb edib.

Beynəlxalq Şahmat Federasiyasının sözcüsü Mişa Friedman isə verdiyi açıqlamada İran hökuməti və hər hansı bir iranlı nazirin onlardan Şöhrə Bayatın turnirdən kənarlaşdırılmasını tələb etmədiyini bildirib.









Digər Xəbərlər
Xəbər Lenti