"Məşhur bir xanımla eşq yaşayırdım" - FOTOLAR

16 Yanvar 2020 01:14 Maraqlı 1 407
"Məşhur bir xanımla eşq yaşayırdım" - FOTOLAR

Veteran futbolçu Matteo Ferrari ilə eşq yaşamış Aida Yespika maraqlı etiraf edib.

Sportinfo.az xəbər verir ki, venesuellalı model bir müddət məşhur həmcinsi ilə münasibətdə olduğunu deyib.

"Məşhur bir qadınla çılğın münasibətim var idi. Onun adını işgəncədə belə açıqlamaram. Çünki hər kəsin tanıdığı və həqiqətən məşhur bir insandı.

Münasibətlərimiz bir il davam etdi və onun məşhurluğu səbəbindən sona çatdı. Aramızda qısqanclıq var idi. Bu kişilərlə münasibətimdəki qısqanclıqdan daha artıq idi.

Münasibətimiz başa çatdıqdan sonra arada qarşılaşırıq. Bir-birimizə gülümsəyirik, amma aramızda sadəcə dostluq var" deyə Aida Yespika bildirib.

37 yaşlı Aida Yespikanın Matteo Ferraridən Aron adlı bir oğlu var. Keçmiş Venesuella gözədi hazırda modellik, aparıcılıq edir və filmlərə çəkilir.

















Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı