“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir, onların bütün resursları var”

4 Noyabr 2023 01:30 Dünya futbolu 1 239
“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir, onların bütün resursları var”

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Roberto Mançini hesab edir ki, bu ölkə 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə yeganə namizəddir.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ölkənin qarşıdakı 10 il ərzində dünya çempionatına fantastik şəkildə hazırlaşa biləcəyini bildirib:

“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir. Qarşıdakı 10 il ərzində ölkə dünya çempionatına fantastik şəkildə hazırlaşa biləcək.

Bunun üçün onların bütün resursları var”.

Mançini yayda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti