"Liverpul" tarixə düşdü

12 Yanvar 2020 19:35 Maraqlı 1 049
"Liverpul" tarixə düşdü

İngiltərə Premyer Liqasının şəriksiz lideri "Liverpul" öz rekordlrını yeniləyir.

Sportinfo.az xəbər verir ki, Yürgen Kloppun başçılıq etdiyi "qırmızılar" Premyer Liqada 38 oyundur məğlub olmur.

Bu qarşılaşmaların 33-də qələbə qazanan Mersisayd təmsilçisi 5 görüşdə heç-heçə edib. "Liverpul" cari mövsüm Premyer Liqada keçirdiyi 21 qarşılaşmanın isə yalnız 1-də "sülh" bağlayıb, 20 qələbəyə sevinib. Komanda bununla həm də "Böyük beşlik" çempionatları - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa birinciliklərində mövsümün əvvəlindən başlayaraq ardıcıl 21 matçdan 20-ni qazanan ilk klub kimi tarixə düşdü.

İngiltərə nəhəngi 22 turdan sonra bir oyun az keçirməklə aktivinə 61 xal yazdırıb və ən yaxın izləyicisi "Lester"i 16 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti