İranın azərbaycanlı yeganə medalçısı ölkəni tərk etdi

12 Yanvar 2020 22:55 Maraqlı 631
İranın azərbaycanlı yeganə medalçısı ölkəni tərk etdi

Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı Kimiya Əlizadə İranı tərk edib. Bu barədə “Fox News” xəbər yayıb.

Sportinfo.az xəbər verir ki,idmançı özünün “instaqram” səhifəsində "ölkədə milyonlarla zülmə məruz qalan qadınlardan biri" olduğunu yazıb.

Əlizadənin sözlərinə görə, idman məmurları onu istismar ediblər. "Onlar məni hara istəyirdilər, ora göndərirdilər. Mən onların dediklərini daşıyırdım. Mən onların hər təklifini təkrarlayırdım", - taekvondoçu qeyd edib.

Əlizadə əlavə edib ki, İran hakimiyyəti onun medallarına sevinib, ancaq onu idman növünün seçiminə tənqid ediblər.

İranın ISNA agentliyinin məlumatına görə, idmançı Niderlanda gedib.

Əlizadə 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiada oyunlarında bürünc medal qazanıb. O, oyunlarda mükafat qazanmış yeganə İran idmançısı idi.

"Report" xatırladır ki, 20 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub. İran prezidenti Həsən Ruhani Olimpiya oyunlarında qalib olmuş qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, xüsusən, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib.

Ölkənin dini lideri Ayətullah Xamenei iranlı qadın idmançının "Xanımlar üçün şərəfli hicab geyimi"ni hamıya nümunə göstərdiyini qeyd edib.

Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan digər hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə hörmət edən qadınların birlik və güc simvolu adlandırıb.

Kimya Əlizadə 1998-ci ilin 10 iyulunda Kərac şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir.

Əlizadə əvvəllər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və dünya çempionatında qızıl, böyüklər arasında dünya çempionatında isə gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!