"Evlənməkdən qorxuram, ən yaxşısı, sevgilisi olaraq qalım"

12 Yanvar 2020 18:00 Maraqlı 1 242
"Evlənməkdən qorxuram, ən yaxşısı, sevgilisi olaraq qalım"

Məşhur kolumbiyalı müğənni Şakira bir neçə ildir sevgilisi olan “Barselona”nın müdafiəçisi Xerard Pike ilə bağlı maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı pop ulduzu özündən günəgün düz 10 yaş (1977, 2 fevral - 1987, 2 fevral) kiçik ispan futbolçu ilə indiyə qədər rəsmi nikaha girməməsinin səbəbini izah edib

Şakira rəsmi nikahdan çəkindiyini deyib: “Düzünü deyəcəm, nikah bağlamaqdan qorxuram. İstəmirəm ki, Pike məni həyat yoldaşı kimi qəbul etsin. Ən yaxşısı, mən onun üçün sevgili olaraq qalım".

Qeyd edək ki, Şakira ilə Pike 2011-ci ildən sevgilidir. 2013-cü il yanvarın 22-də cütlüyün Milan adlı oğlu dünyaya gəlib. Sevgililərin ikinci oğlu Saşa isə 2015-ci il yanvarın 29-da anadan olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”