Bombardiri Azərbaycandan ərəb klubuna aparan video - "Bir gün keçməmiş zəng vurdular"

12 Yanvar 2020 14:15 Maraqlı 1 634
Bombardiri Azərbaycandan ərəb klubuna aparan video -

Vaxtı ilə Azərbaycanda "Simurq"un formasını geyinmiş serbiyalı hücumçu Draqan Çeran ölkəsinin mətbuatına müsahibə verib. Sportinfo.az xəbər verir ki, hazırda Özbəkistanın "Paxtakor" klubunda çıxış edən 32 yaşlı futbolçu ölkəmizdə karyerasını da xatırlayıb:

"Komanda Gürcüstanla həmsərhəd olan gözəl bir şəhəri təmsil edirdi. Tbilisidən cəmi 3 saatlıq məsafədə idik. Tez-tez ora gedirdik. İki ilə 30-a yaxın qol vurdum. Bu isə yaxşı göstərici idi. Üstəlik, komandada serb futbolçular çox idi. Buna görə yaxşı vaxt keçirirdik".

İki il "Simurq"un şərəfini qorumuş təcrübəli forvard 2015-ci ildə Azərbaycan çempionatından Səudiyyə Ərəbistanın "Hajer" klubuna keçidinin maraqlı tarixçəsini də danışıb: "Albaniyalı bir oğlan vardı, qol epizodlarından ibarət videoçarxlar hazırlayırdı. Azərbaycanda vurduğum qolları görüb, mənimlə bağlı oxşar video hazırlamaq istədiyini bildirdi. Mən də dedim ki, niyə də olmasın?! Düşündüm ki, bəlkə kimsə baxar, zəng vurar.

Video hazır olduqdan sonra mənə dedi ki, yaxşı qollar vurmusan, oyunçu kimi xoşuma gəldin. Bildirdi ki, ərəb dünyasında futbolla məşğul olan dostlarım var, onlara sənin haqqında məlumat verəcəm, kim bilir, bəlkə alındı. Ümidli olmasam da, razılaşdım. Bir gün keçməmiş zəng vurdular. Növbəti gün isə müqavilə göndərdilər. Beləcə, Səudiyyə Ərəbistanına gedib çıxdım.

Həmin vaxt "Hajer"in məşqçisi monteneqrolu Nebo Yovoviç idi. Alban mənim haqda ona bütün məlumatları vermişdi. 2 gündən sonra klubla müqavilə bağladım".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı