Beqoviç çapar xanımından danışdı - "Onu ilk dəfə görəndə..."

10 Yanvar 2020 14:24 Maraqlı 1 653
Beqoviç çapar xanımından danışdı -

Mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç həyat yoldaşı Nikol haqda danışıb. Sportinfo.az xəbər verir ki, müqavilə ilə "Bornmut"a məxsus olan bosniya və herseqovinalı qapıçı söhbətə xanımı ilə tanışlıqdan başlayıb.

- O, Amerikada doğulub. 10 yaşından sonra valideynləri ilə birlikdə İngiltərəyə köçüblər və 17 ildir orada yaşayırlar. Nikol ilə 2008-ci ildə tanış olmuşuq və indiyə qədər birlikdəyik. Karyeramı qurmağımda mənə çox kömək edib, hər zaman yanımda olub. Onun da öz karyerası, maraqları var. Nikol çapardır və böyük hədəfləri var. Elə məqam oldu ki, seçim qarşısında qaldı: oxusun, yoxsa at sürsün? Həmin ərəfələrdə tanış olduq, övladımız dünyaya gəldi və hər şey dəyişdi.

- Nə vaxt hiss etdiz ki, o, sizin həyat yoldaşınız olacaq? Bunun ilk görüşdə baş verdiyini söyləmək olar?

- Kim ki deyir, mən bunu bilirdim, yalan danışır. Çünki həyatda belə hadisələri əvvəlcədən təxmin etmək olmur. Siz bunu vaxt keçdikcə bilirsiz. Amma tanış olduğunuz insana qarşı xüsusi hisslər bəslədiyinizi deyə bilərsiz. Nikolu ilk dəfə görəndə məndə məhz bu hisslər yarandı. Dərhal bir-birimizə bağlandıq. İlk dəfə görüşəndə başa düşdüm ki, aramızda çox şey ola bilər.

- Harada tanış olmusuz?

- Portsmutda. İçki içmək üçün dostumla kafedə görüşməliydik. Orada Nikolu gördüm. Beləcə hekayə başladı.

- Nikol Bosniya haqda nə bilir?

- Bir neçə dəfə Bosniyada olub. Ora getmək onun üçün hər zaman xoşdur. Bizim dili öyrənməyə çalışırdı, amma çətindir. Bunun niyə alınmadığını başa düşürəm. Hər hansı dildən tez-tez istifadə etmədikdə öyrənmək daha da çətinləşir. Amma, Bosniya dilində bir çox sözlər başadüşüləndir.

Digər Xəbərlər
Xəbər Lenti