Abdulla eyni vaxtda iki klubla müqavilə bağladı

10 Yanvar 2020 13:54 Maraqlı 985
Abdulla eyni vaxtda iki klubla müqavilə bağladı

Dünya futbolunda kifayət qədər maraqlı hadisə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, "Marsel"in yetirməsi Rafidin Abdulla eyni anda iki klubla müqavilə bağlayıb.

25 yaşlı yarımmüdafiəçini həm İspaniyanın aşağı dəstə təmsilçisi "Erkules", həm də İsveçrənin ikinci liqa klubu "Lozanna" yeni transfer kimi təqdim edib. Komor əsilli fransız futbolçunun əslində hansı komanda ilə anlaşdığı, yəqin ki, qısa zamanda dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti