Ser məğlubiyyətə dözməyib bir bokal şərab içdi

9 Yanvar 2020 14:45 Maraqlı 623
Ser məğlubiyyətə dözməyib bir bokal şərab içdi

27 il (1986/2013) "Mançester Yunayted"ə rəhbərlik etmiş əfsanəvi Ser Aleks Ferqyuson sevimli klubunun İngiltərə Liqa Kubokunda "Mançester Siti"yə 1:3 hesabı ilə uduzmasını həzm edə bilməyib.

Sportinfo.az xəbər verir ki, həmişəki kimi, tirbunada yerini alan 78 yaşlı mütəxəssis fasilədə (0:3) kabinetinə gedərək bir bokal qırmızı şərab içib.

Görüş başa çatandan sonra əsəblərini cilovlaya bilməyən qocaman Fergi "qırmızı şeytanlar"ın heç bir futbolçusu ilə görüşməyib, stadionu başqa çıxışdan tərk edib.

Komandaların cavab oyunu yanvarın 29-da "Ettihad"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti