Prosineçkinin Azərbaycana gəlməməsinə səbəb olan QADIN

9 Yanvar 2020 12:51 Maraqlı 1 618
Prosineçkinin Azərbaycana gəlməməsinə səbəb olan QADIN

Son anda Azərbaycan yığmasına qayıtmaqdan imtina edərək Superliqa təmsilçisi "Kayserispor"la anlaşan Robert Prosineçki Türkiyə mətbuatına açıqlama verib.

Sportin.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Kayseri klubuna üstünlük verməsinin səbəbini izah edib.

"Burada olmağımın ən böyük səbəbi prezident Berna Gözbaşıdır. İlk dəfə qadın klub prezidenti ilə çalışacam. Çox hirsli olduğunu və düzgün işlər gördüyünü gördüm. Özünü göstərdi və mən də buna görə "Kayserispor"a gəlməyə qərar verdim. Futbolu sevən insanlarla bu komandanı liqada saxlamağa çalışacağıq. Prezident Berna Gözbaşı ilə bərabər böyük işlər görəcəyik".

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub. Təcrübəli çalışdırıcının Nikola Yurçeviçin gedişindən sonra Azərbaycan yığmasına qayıdacağı gözlənilsə də, o, fərqli seçim etməyə qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti