"Dedilər, Nazarbayev gəlir, Azərbaycanı udmaq lazımdır"

15 Dekabr 2019 11:34 Maraqlı 627
"Dedilər, Nazarbayev gəlir, Azərbaycanı udmaq lazımdır"

"Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə, planlaşdırdığım kimi, ehtiyatda qalan oyunçuları dəvət etdim ki, yoxlayım".

Sportinfo.az xəbər verir ki, bu sözləri rusiyalı məşqçi Leonid Poxomov deyib. Qazaxıstan millisində işlədiyi dövr haqda danışan mütəxəssis Matç TV-yə müsahibəsində 2004-cü ildə Azərbaycanla yoldaşlıq oyunundan əvvəl baş vermiş maraqlı hadisəni yada salıb:

"Birdən tribunalarda həyacan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, udmaq lazımdır. Necə yəni udmaq lazımdır? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm.

O, stadiona gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm".

Poxomov Qazaxıstanın futbol sistemini tənqid edib: "Görünür ki, futbolu inkişaf etdirmək istəyirlər. Amma öz aralarında hələ müəyyənləşdirə bilməyiblər ki, kim hansı sahəyə cavabdehdir. Mənə bir ev vermişdilər. Federasiyaya piyada gəlirdim. Soruşurlar ki, harda idiniz, saat 9-dan 18-ə qədər işdə olmalısınız. Cavab verdim ki, hər şey aydındır, mən getdim".

Qeyd edək ki, L.Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti